AZ

Ərdoğan Türkmənistanda bu mühüm mesajları verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda mühüm mesajlar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı bir sıra beynəlxalq məsələlərə toxunub.

O, Qəzzada atəşkəsin daimi olmasının lazım olduğunu və Türkiyənin sülhün hökm sürməsini təmin etmək üçün bütün imkanlarından istifadə edəcəyini bildirib. “Atəşkəsin daimiliyi və humanitar yardımın fasiləsiz çatdırılmasının təmin edilməsi bizim əsas prioritetimizdir”, - Türkiyə lideri qeyd edib.

Ərdoğan Türkmənistan və Türkiyə arasındakı qardaşlıq əlaqələrini də vurğulayıb: “Biz şanslıyıq ki, əcdadlarımızın vətəni hesab etdiyimiz bu torpaqlardayıq”.

O, Türkiyənin qonşuları ilə yaxşı münasibətlər qurmaq siyasətini davam etdirdiyini və Rusiya-Ukrayna müharibəsinə son qoymağa yönəlmiş diplomatik əlaqələrin vacibliyini vurğulayıb. "Atəşkəs və sülh təşəbbüslərinə, xüsusən də İstanbul Prosesinə konkret dəstək verməyə hazırıq", - deyə o qeyd edib.

Seçilən
22
publika.az

1Mənbələr