AZ

KİV: İsrail Livan ərazisinə azı 10 hava zərbəsi endirib

KİV: İsrail Livan ərazisinə azı 10 hava zərbəsi endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda və Bəkaa vadisinin qərbində “Hizbullah”ın ehtimal edilən hərbi obyektlərini hədəfə alıb.

AFN.az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.

Bildirilir ki, raket zərbələri Cəbbəl ər-Rafi dağlıq ərazisinə, Reyxani yüksəkliklərinə və Vadi-Rumin dərəsinə endirilib. Bu ərazilərdə şiə silahlılarının təlim düşərgələri yerləşir. Ümumilikdə azı 10 hava hücumu həyata keçirilib.

Şahidlər güclü partlayışların Sayda şəhərinin (Beyrutdan 50 km aralı) yaxınlığında, həmçinin Ansar, Beysariya, Cbaa, Sudjud və Tabaa yaşayış məntəqələrində, eləcə də Qərbi Bəkaa bölgəsinin Zelaya rayonunda baş verdiyini bildiriblər. Həlak olanlar və yaralananlar barədə məlumat yoxdur.

İsrail Ordusunun sözçüsü Aviхay Edri “X” platformasında yayımladığı ərəb­dilli açıqlamada hava reydləri zamanı “Rədvan” xüsusi-diversiya birliyinin bazalarının, yeraltı sığınacaqların, sursat anbarlarının və raket buraxılış məntəqələrinin məhv edildiyini bildirib.

Onun sözlərinə görə, bu, bir həftə ərzində “Hizbullah” mövqelərinə ikinci genişmiqyaslı hücumdur. İlk hücum 9 dekabrda həyata keçirilmişdi.

Edrinin açıqlamasında vurğulanır ki, “Hizbullah”ın həmin obyektlərdəki fəaliyyəti İsraillə Livan arasında mövcud atəşkəs razılaşmasını pozur.

Seçilən
40
afn.az

1Mənbələr