AZ

“Meydan" TV işi üzrə məhkəmə başlayıb

“Meydan" TV işi üzrə məhkəmə başlayıb.

Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşmələri ilə bağlı vəsatət təmin edilib. Bildirilib ki, bu, növbəti iclasda icra olunacaq.

Prosesdə cinayət işinə xitam verilməsi ilə bağlı da vəsatət verilib. Vəsatət təmin olunmayıb.

Aynur Elgünəşin vəkili onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib, müvəkkilinin səhhətində problem olduğunu bilidirib.

Seçilən
5
2
aznews.az

3Mənbələr