AZ

ARDNF və SOCAR-ın birgə müəssisəsi nizamnamə kapitalını azaldır

"Azerbaijan Rigs" MMC nizamnamə kapitalını 70 milyon manat və yaxud 7,4 % azaldaraq 950 milyon manatdan 880 milyon manata endirdiyini elan edib.

Far.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

"Azerbaijan Rigs" 2013-cü ildə yaradılıb. Şirkətin təsisçiləri 90 % payla Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Dövlət Neft Şirkətidir (SOCAR).

Seçilən
22
1
far.az

2Mənbələr