AZ

Ərdoğan Aşqabadda Putinlə görüşüb

Liderlər Ukrayna ətrafındakı vəziyyət və regional təhlükəsizlik üzrə fikir mübadiləsi aparıblar...

Rusiya prezidenti Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabadda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Görüş Putin­in 12 dekabrda Türkmənistana səfəri çərçivəsində baş tutub. Rusiya lideri ölkəyə Beynəlxalq Sülh və Etimad İli forumunda iştirak etmək, həmçinin Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın rəsmi neytral statusunun 30 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq üçün gedib.

Putin və Ərdoğanın əvvəlki ikitərəfli görüşü sentyabr ayında Çində, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutmuşdu. Noyabrın sonunda isə liderlər telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti və ABŞ tərəfindən irəli sürülmüş sülh təşəbbüslərini müzakirə etmişdilər.

Tərəflərin Aşqabaddakı danışıqlarının gündəliyinə enerji, regional təhlükəsizlik və Rusiya–Türkiyə əlaqələrinin gələcək inkişafı kimi mövzuların daxil olduğu bildirilir.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr