AZ

Dizel yanacağı ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ: Artım...

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyon 329,1 min ton dizel yanacağı istehsal edilib.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bu, 2024-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə 18,4 % çoxdur.Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 5 milyard 12,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 % artıb.Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 58,7 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Bu müddət ərzində Azərbaycanda 1 milyard 342,2 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 % çoxdur.

Hesabat dövründə 32,8 min ton sürtkü yağları, 225,6 min ton neft bitumu istehsal edilib. Ötən ilin 11 ayı ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 48,3 %, neft bitumunun istehsalı isə 5,1 % azalıb.Həmçinin, hesabat dövründə ölkədə 206,7 min ton maye qazlar, 634,4 min ton ağ neft, 218,6 min ton neft koksu istehsal edilib.Son bir ildə Azərbaycanda maye qazların istehsalı 24,3 %, neft koksunun istehsalı 25,8 %, ağ neftin istehsalı isə 14,3% artıb.Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
7
bakivaxti.az

10Mənbələr