AZ

Baba Rzayev 57.2 milyonluq layihəni tendersiz həyata keçirir

“Azərenerji” ASC 330 kV-luq "Ordubad-Naxçıvan" EVX-nin (105 km) və 330 kV-luq "Cəbrayıl-Ağbənd" EVX-nin tikintisi (74 km) işlərinə 57 280 000 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu işlər iki şirkətə - "ElektrikQuraşdırma” Müəssisəsinə (33 600 000 AZN) və “Azərelektrik Tikinti Quraşdırma” MMC-yə (23 680 000 AZN) verilib.

 

ASC və şirkətlər arasında bağlanan müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Burada “bir mənbə metodu”ndan istifadə olunub.

 

Sifarişçi qurumun rəhbəri Baba Rzayevdir.

 

Cabir

Tarix: 12 Dekabr 2025, 15:19   
Seçilən
28
3
pravda.az

4Mənbələr