Ucarda canavarlar kəndə hücum edib.
"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında rayonun Alpoud kəndində qeydə alınıb.
Yırtıcı heyvanlar 1 baş xırdabuynuzlunu öldürüb, 5 baş heyvanı isə aparıb.
Kənd sakinləri yırtıcıların insanlara da hücum edəcəyindən ehtiyat edirlər.