AZ

Azərbaycanda doğum sayı azalıb - STATİSTİKA

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb.

E-saglam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm halı dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.

E-saglam.az

Seçilən
29
8
e-saglam.az

10Mənbələr