AZ

TAYFUN raketi daha bir uğurlu atış sınağı keçirilib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan TAYFUN ballistik raketinin daha bir uğurlu atışı sınağı həyata keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “NSosyal” hesabında məlumat paylaşıb.

“TAYFUN raketimiz həyata keçirilən uğurlu sınaq atışı ilə təhlükəsizliyimizin üfüqünü daha da genişləndirən, çəkindiriciliyimizi möhkəmləndirən yeni bir mərhələni aşmışdır. Bu prosesdə inventarımıza yeni sistemlər qazandırmağa davam edir, çəkindiriciliyimizi çoxqatlı və yerli-milli həllərlə gücləndiririk.

Bu uğur yalnız bir raketin hədəfi vurması deyil, mühəndisliyimizin zəhməti, gənclərimizin zəkası və millətimizin sarsılmaz iradəsi ilə toxunan uzun bir yolun qürurla təsdiqlənməsidir” –  deyə H.Görgün qeyd edib.

Seçilən
14
poliqon.az

1Mənbələr