AZ

Bu məhsullar Bakıda rayonlara nisbətdə ucuz satılır

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Xaricdən ölkəmizə gətirilən kənd təsərrüfatı mallarının Bakı və digər rayonlardakı bazarlarda satışa çıxarılan qiymətlərində ciddi fərq olmur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

AQC sədri əlavə edib ki, bir çox hallarda rayonlarda təklif olunan qiymətlər Bakıdakı qiymətlərin üzərində olur:

"Amma yerli məhsullarla bağlı Bakıdakı qiymətlər daha baha olur. Çünki hər hansı məhsulu yerli bazarlara onun sahibi - yəni istehsalçı təqdim edir. Bu isə rayonlarda daha ucuz qiymətə başa gəlir. Lakin həmin məhsul Bakıya gətirildikdə müəyyən logistika və istehsalçının onu satmaq üçün seçdiyi ticari obyekt üçün əlavə xərclər üzərinə gəldiyi üçün qiymətlər bahalaşır. İstehsalçının hər hansı bazara giriş məbləği onun məhsulun qiymətini xeyli bahalaşdırır.

Bir məsləni qeyd edim ki, təsərrüfat sahibləri çox zaman bazarlara buraxılmır. Ölkədə müəyyən bir zəncir var ki, müxtəlif məhsulların bazarlara daxil olmasını təmin edir. Bu da qiymətlərin artıq dəyişməsinə gətirib çıxarır. Təsərrüfat sahibləri məhsullarını şəhər bazarına çıxarmaq imkanı əldə etsələr, bu zaman müəyyən ucuzlaşma baş verə bilər.

Bundan əlavə, mövsümün qiymətə təsiri də olur və eyni zamanda ölkəmiz məhsul ixracatçıdır. Azərbaycandan qonşu ölkələrə kənd təsərrüfatı məhsulları ixrac olunur və bu da qiymətin bahalaşma səbəblərindən biri kimi çıxış edir".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
baku.ws

2Mənbələr