AZ

Nadir Azəri: "QHT-lər Heydər Əliyev ideologiyasına sadiq qalmalıdır"

Bu gün dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dahi şəxsiyyət sağlığında Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlər göstərmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideologiyası Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə yanaşı, cəmiyyətin inkişafını dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi müəyyənləşdirmişdir.

Bu fikirləri “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri bildirib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı hüquqi dövlət kimi formalaşdırmaq, insan hüquq və azadlıqlarını qorumaq, dövlət idarəçiliyində qanunun aliliyini təmin etmək məqsədilə genişmiqyaslı islahatlar həyata keçirmişdir. Həmçinin Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Konstitusiya və qanunvericilik aktları vətəndaşların cəmiyyətin idarə olunmasında fəal iştirakını təşviq edən möhkəm hüquqi baza yaratmışdır:

“Bu, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının yaranması və fəaliyyət imkanlarının genişlənməsi üçün əlverişli mühit formalaşdırdı. Heydər Əliyev siyasi sabitliyi, ictimai təhlükəsizliyi və sosial həmrəyliyi prioritet elan etməklə QHT-lərin, media qurumlarının, ictimai birliklərin və müxtəlif sosial təşəbbüslərin inkişafına real şərait yaratdı.”

Nadir Azəri vurğulayıb ki, Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində birlik, qarşılıqlı hörmət və milli həmrəylik prinsipləri dayanır və bu prinsiplər vətəndaş cəmiyyətinin təşəkkülü üçün mühüm ideoloji baza rolunu oynayıb:

“Bu ideologiya milli kimliyin qorunmasını, müxtəlif ictimai qrupların ümummilli məqsədlər ətrafında birləşdirilməsini və hər bir vətəndaşın dövlət quruculuğunda, milli maraqların müdafiəsində fəal iştirakını zəruri hesab edirdi.”

QHT sədri bildirib ki, Heydər Əliyevin vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində QHT-lərin fəaliyyət imkanları daha da genişlənib, onların dövlət–cəmiyyət əməkdaşlığında rolu əhəmiyyətli dərəcədə artıb:

Bu gün QHT-lərin qarşısında duran əsas məsuliyyət Heydər Əliyevin yaratdığı dövlətçilik fəlsəfəsinə uyğun olaraq cəmiyyətin inkişafına və ölkənin strateji hədəflərinə töhfə verməkdir.”

Nadir Azəri qeyd edib ki, hazırda Azərbaycan QHT-lərinə göstərilən diqqət və qayğı sayəsində vətəndaş cəmiyyəti institutları təkcə ölkə daxilində deyil, xarici dövlətlərdə də Azərbaycan həqiqətlərinin təbliği, milli maraqların müdafiəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal fəaliyyət göstərirlər:

"Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə QHT-lərin informasiya mübarizəsində, ictimai həmrəyliyin təşkili və beynəlxalq aləmdə siyasi-hüquqi mövqelərimizin müdafiəsi istiqamətində apardıqları fəaliyyət böyük sınaqdan uğurla çıxmışdır".

Sonda QHT sədri vurğulayıb ki, yeni mərhələdə QHT-lər milli maraqları müdafiə edən, sağlam informasiya mühitini təşviq edən, dövlət və cəmiyyət arasında konstruktiv əməkdaşlığı daha da gücləndirən fəaliyyət modelini davam etdirməlidirlər. Bu yanaşma həm Heydər Əliyevin qoyduğu ideoloji irsin qorunmasına, həm də müasir Azərbaycan vətəndaş cəmiyyətinin daha yetkin və dayanıqlı şəkildə formalaşmasına xidmət edir.

Seçilən
4
qht.az

1Mənbələr