AZ

Ukrayna Rusiyanın Xəzərdəki gəmilərinə ZƏRBƏLƏR ENDİRDİ – FOTO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər dənizində hərbi texnika və silah daşıyan iki gəmisinə zərbə endirib. 

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, hücuma məruz qalmış gəmilər “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” gəmiləridir. 

Hərbi məqsədlər üçün istifadə olunan bu gəmilərin Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında iştirakına görə ABŞ-nin sanksiyalar siyahısına daxil edildiyi bildirilib. 

Xatırladaq ki, ötən gün Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərbə endirib. Filanovski adına neft hasilat platformasına dronlarla hücum nəticəsində 20-dən çox quyuda neft və qaz hasilatının dayandığı bildirilib.


Bizim.Media

Seçilən
19
3
bizim.media

6Mənbələr