AZ

Turizm və Menecment Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

ATMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirdə çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərdən söz açıblar. Rektor İlham Mədətov dünyaşöhrətli siyasi xadimin dövlətçilik tariximizdə oynadığı müstəsna rolu vurğulayaraq qeyd edib ki, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün regionun lider ölkəsinə çevrilib. O həmçinin bildirib ki, Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edərək beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib.

Universitetin professoru Məhərrəm Zülfüqarlı isə Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrü və fəaliyyəti haqqında geniş məruzə edib. O, Ulu Öndərin ölkənin milli maraqlarını hər zaman ön planda tutduğunu bildirib. Professor çıxışında Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki xidmətləri və böyük xilaskarlıq missiyası barədə məlumat verib.

Tədbirdə ATMU-nun digər əməkdaşları da çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektləri haqqında fikirlərini bölüşüblər. Onlar Heydər Əliyevin turizm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrin inkişafında xüsusi rol oynadığını qeyd ediblər.

Anım günündə ATMU-nun Kitabxana-İnformasiya Mərkəzində Ulu Öndərə həsr edilmiş Heydər Əliyev guşəsi yaradılıb. Guşədə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablar, fotosənədlər, tarixi materiallar və müxtəlif nəşrlər sərgilənib. Bu guşə tələbə və müəllimlərin Heydər Əliyevin irsi ilə daha yaxından tanış olması, ölkənin siyasi tarixini dərindən öyrənməsi üçün mühüm maarifləndirici məkan kimi nəzərdə tutulub.

Seçilən
5
1
tehsil.biz

2Mənbələr