AZ

Kiyev Donbasda bufer zonanın yaradılmasını dəstəklədi, ancaq şərtləri var…


Kiyev Donbasda bufer zonasının yaradılmasına razıdır. Ancaq Ukrayna bunun üçün müəyyən şərtlər irəli sürür.

Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak “Le Monde” qəzetinə bildirib ki, xəttin hər iki tərəfində silahsızlaşdırılmış zona olmalıdır. Podolyak bildirib ki, bu zonadan yalnız ağır silahların, yoxsa bütün silahların geri çəkiləcəyi də müəyyənləşdirilməlidir.

O, həmçinin bildirir ki, mümkün pozuntuların qarşısını almaq üçün bölgədə müşahidə missiyaları və xarici hərbi kontingent olmalıdır. Ukrayna müşahidə missiyasında ABŞ-ın da yer almasını istəyir.

TAHİR

Seçilən
28
baki-xeber.com

1Mənbələr