Şəhid ailələri və müharibə əlilləri əmlaka mülkiyyətin qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad ediləcək.
Paralel.az xəbər verir ki , bu məsələ Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.
“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bu Qanunun 26-cı maddəsində göstərilən xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmayacaq.
Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərin bu Qanunun 6.1-ci maddəsində göstərilən xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumundan azad olunması məsələsi yuxarısakı qayda ilə tənzimlənəcək.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6-cı və “Dövlət rüsumu haqqında” qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən edilir.
Buraya aiddir:
— daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan-ölçü) verilməsi;
— torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərkəzləşdirilmiş işlərin görülməsi;
— daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yükümlüyünə) dair dövlət reyestrindən arayışın verilməsi;
— ipotekanın dövlət qeydiyyatına alınması;
— eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta