AZ

Bakıda kişinin arvadını öldürməsinin detalları məlum oldu

BAKI, 12 dekabr. TELEQRAF

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs bildirib ki, ittihamda göstərildiyi kimi həzz alaraq qətli törətməsi düzgün deyil: "Mən daha sonra burada dolanmağəm çətin idi. Rusiyaya getdim. Uşaqlarımı göndərməyi atamdan istədim. Amma yanıma göndərmədilər. Bir neçə vaxt sonra geri qayıtdım. Bundan sonra arvadım haqqında xoş sözlər eşitdim, məni aldatdığını başa düşdüm. Ona dedim ki, get, atan evinə, xoşbəxt yaşa. Bu da mənim nömrəmi istıdiyin vaxt mənimlə əlaqə saxlyaraan. Amma gəldim gördüm ki, getməyib. Arvadımın xəyanət etməsininhaqqında xoş olmayan sözlərin olmasından başa düşdüm. Mənə konkret kimsə bir söz deməyib. Mən kiçiyəmz bilirəm ki, nə baş verir. Amma onu öldürmək fikirim olmayıb. Ona dedim ki, qohum olmuşuq, yaxşı ayrılar, mehriban olaq. Amma onun ailəsində gələrək onu aparmayıb".
Təqsləndirilən şəxs hadisə günü olanları belə danışıb: "Məndə şübhələr var idi. Telefonuna zəng gəldi. Zəngə "Ana" sözü yazılmışdı. Amma telefona cavab vermədi. Dedim ki, danış, amma zəngə cavab vermədi".
Dövlət ittihamçısının "aldanma ilə bağlı qızın ailəsinə demisiz" sualına təqsləndirilən şəxs "xeyr" cavab verib.
Mərhumun atası, hüquqi varis Elşən Qurbanov təqsirləndirilən şəxsin yalan danışması deyib. Bu zaman təqsirləndirilən şəxs keçmiş qayınanası ittiham edib: "Bunun şərəfi olsaydı, azyaşlı uşağa mənim anasını öldürməyimi deməzdi. Bunu deməklə nə etmiş oldular? Uşaqların psixologiyasını pozdular. Deyərdilər ki, atan-anan başqa yerə gediblər".
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsin ailəli olduğu 9 il ərzində bir dəfə də olsun şübhəsi barədə bir söz deməyib: "Azyaşlı uşağı evdə saatlarla qorxu içində saxlayıb, onları bıçaqla hədələyib. Babası evinə getməyə imkan verməyib".
Təqsirləndirilən şəxs isə belə halın olmadığını deyib: "Qızım oyandım nə olduğunu dedi. Dedim ki, ananın qızdırması var, titrəyir, gedin yatın. Anan xəstədir, ona dərman verirəm. Qızım da qorxusundan yatdı. Onlar hadisənin şahidi olmayıb. Otaq qaranlıq idi. Əməlindən peşman olmuşam".
Daha sonra mərhumun atası sərbəst ifadə verib: "Övlad acısı ağırdır. Deyilənlər yalandır. Onun ata -anasını bura çağırın. Görəcəksiz ki, yalan danışır. Bunun öz qohum əqrasıbsımda bir kəlmə pis söz demir. Deyən olsa, mən onu bağışlayaram. Qızım evin yanında baxçada xadimə işləyib, övladlarına baxıb. Bu adam evinə baxmayıb. Bu adam casus olub, meşə qardaşlarına qoşulmuşdu. Nəvəm mənə dedi ki, anasını boğarmuş. Uşaqlara da hədə-qorxu gəliblər. Uşaqları öz himayəmə götürəcəm, aylıqdan məhrum edəcəm".
Təqsirləndirilən şəxs isə deyib ki, uşaqlarının dövlətin himayəsinə verilməsini istəyib: "Öz ailəmində baxmasın istəmirəm. Onlar yaxşı böyütmətəcəklər. Uşağa anasını öldürülməsi demək düzgün deyil. Bunu deyən adam necə tərbiyəçi ola bilər? Mənim arvadım yataqda boğub öldürməyi uşaqlar görməyib".
Növbəti proses dekabrın 23-də davam edəcək.
Z.Quliyev bu ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur. O, hadisədən sonra könüllü polisə təslim olunub.
Qeyd edək ki, Aysel Qurbanova Ziyəddin Quliyev ilə 15 yaşına ailə qurub. Onlar yaxın qohum olublar.
Zirəddin Quliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
150
teleqraf.com

1Mənbələr