AZ

"Ukrayna Rusiyaya güzəştə getməlidir" - Fidandan çağırış

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna tərəfini döyüşlərə son qoymaq üçün ərazi itkilərini qəbul etməyə çağırıb.

"Unikal" xəbər verir ki, onun sözlərini "CNN Türk" məlumat yayıb. 

"Düzdür, bəzi seçkilər və bəzi qərarlar Ukrayna üçün çox çətindir. Amma daha ciddi itkilərin qarşısını almaq üçün sülh lazımdır", - deyə o, bildirib.

Fidan əlavə edib ki, Ukrayna tərəfi, xüsusən də ərazi məsələləri ilə bağlı çətin seçim etməli olacaq. Nazir əlavə edib ki, Avropa bu qərarların qəbul edilməsində Ukraynaya kömək etməlidir.

O, Kiyev üçün təhlükəsizlik zəmanətləri məsələsinin həllinin  asan olmadığını izah edib. Türkiyənin xarici işlər naziri vurğulayıb ki, ölkəsi münaqişə tərəfləri arasında sülh prosesini dəstəkləməyə davam edir və lazım gələrsə, danışıqlara ev sahibliyi etməyə hazırdır.

Gülayə Mecid 

Seçilən
39
15
unikal.az

10Mənbələr