Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.
Rusiya tərəfi ABŞ-Ukrayna prosesi zamanı Amerikanın sülh planına edilən düzəlişlərdən xəbərsizdir.
Xalqcebhesi.az-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlə Vaşinqtondan bununla bağlı heç bir bildiriş daxil olmayıb.
"ABŞ-Ukrayna danışıqlarının nəticələri ilə bağlı Vaşinqtondan heç bir məlumat almamışıq", - deyə o bildirib. “İndi amerikalılar ukraynalılarla danışır, orada nələrsə dəyişir, bəzi dəyişikliklər edilir, lakin biz onların nə olduğunu bilmirik”, - Kreml sözçüsü əlavə edib.
Bununla belə, o, ABŞ, Ukrayna və Aİ nümayəndələrinin dekabrın 13-ə planlaşdırılan görüşünü şərh etməyib. ABŞ prezidenti Donald Trampın bu görüşdə iştirakının mümkünlüyündən danışan Peskov, "Biz bunu anlamırıq" deyib. “Orada nələrin müzakirə olunacağını bilmirik”, o əlavə edib.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.