AZ

Ukrayna Xəzərdə iki gəmini vurdu

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki hərbi yüklü gəmiyə zərbə endirdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Ukraynanın xüsusi təyinatlı qüvvələri Xəzər dənizində silah və hərbi avadanlıq daşıyan iki Rusiya gəmisinin vurulduğunu bildirib.

Zərbənin Kalmykiya sahilləri yaxınlığında həyata keçirildiyi açıqlanıb. Məlumata görə, əməliyyat yerli "Black Spark" adlı müqavimət qrupu ilə birgə icra olunub.

Ukrayna tərəfi zərbənin dəqiq vaxtını açıqlamayıb, həmçinin gəmilərə vurulan ziyanın ölçüsü barədə də məlumat verməyib. Bəyanatda qeyd olunur ki, gəmilər Kalmykiya sahilləri açığında vurulub.

Ukrayna xüsusi təyinatlı qüvvələri gəmilərin adını da açıqlayıb: "Composer Rakhmaninoff" və "Askar-Sarydzha". Bu gəmilərin ABŞ tərəfindən sanksiyaya məruz qaldığı və İranla Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə olunduğu bildirilir.

Hazırda Rusiya tərəfi hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

İslam
Milli.Az

Seçilən
3
milli.az

1Mənbələr