AZ

“Rusiyanın növbəti hədəfi NATO ola bilər” - Mark Ruttedən xəbərdarlıq

NATO-nun baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiyanın gələcək planları ilə bağlı ciddi xəbərdarlıq edib.

News365.az xəbər verir ki, Rutte Qərb ölkələrinin Rusiyanın yaratdığı təhlükəni lazımınca dəyərləndirmədiyini bildirib.

Onun sözlərinə görə, müdafiə xərclərinin artırılması artıq seçim deyil, məcburiyyətdir:
“Qərb Rusiyanın təhdidinə qarşı kifayət qədər təcili reaksiya göstərmir. Müdafiə sahəsində sürətli addımlar atılmalıdır”.

Rutte Rusiyanın ay ərzində minlərlə döyüş dronu istehsal etdiyini vurğulayaraq bunun təkcə Ukrayna üçün deyil, NATO üçün də ciddi təhlükə yaratdığını deyib.

Baş katib həmçinin ABŞ və Avropa ölkələrinin Ukraynaya dəstək məsələsində birliklərini qoruyub saxlayacağına inandığını qeyd edib.

News365.az 

Seçilən
30
news365.az

1Mənbələr