Olaylar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur.
İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər düzülüb.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31