AZ

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi – Təfərrüat


Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib.
İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannuxa kənd sakini 1968-ci il təvəllüdlü S. Məmmədovla (şərti soyadlı) icra başçısının müavini Arif Abdullayev arasında insident baş verib. Onları icra hakimiyyətinin digər əməkdaşları ayırıblar. S. Məmmədov oraya dəvət edilmiş polis əməkdaşları tərəfindən saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
RİH əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktda qeyd edilib ki, S. Məmmədov əvvəllər dəfələrlə icra başçısının, başçının müavini və digər vəzifəli şəxslərin qəbulunda olub:
“5 dekabr 2025-ci il tarixdə, saat 09:20 radələrində Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında olarkən S. Məmmədovun psixoloji durumu yerində olmayıb, özünü idarə edə bilməyərək nə istədiyini bilmədən səs tonunu olduqca yüksəldib, əsassız ittihamlar səsləndirərək qəbula gələn digər vətəndaşlara problem yaradaraq ictimai asayışı kobud şəkildə pozub, habelə başçının müavini Arif Allahverdiyevə əl-qol atmağa cəhd göstərib və hədə-qorxu gəlib”.
S. Məmmədov isə ifadəsində iddia edib ki, ilk olaraq başçının müavini ona hücum edib:
“Bu il Qəbələ rayon Peşə Təhsil Mərkəzində yataqxana növbətçisi vəzifəsindən işdən çıxarıldım. Ali təhsilli iqtisadçı olmağıma baxmayaraq, hazırda günəmuzd fəhlə işləyirəm. Amma sağlamlığım imkan vermədiyindən həmin məşğuliyyəti davam etdirə bilmirəm. İxtisasına uyğun işlə təmin edilməkdən ötrü dəfələrlə məmurların qəbulunda olmuşam, amma indiyədək işlə təmin olunmamışam. İcra başçısının qəbuluna da işə düzəlmək məqsədilə getmişdim. İcra başçısının müavini Arif Abdullayevin qəbulunda oldum və ona gəlişinin məqsədini bildirərək başçı ilə görüşmək istədiyimi bildirdim. Həmin vaxt Arif Abdullayev heç bir səbəb olmadan mübahisə etməyə başladı, qəfildən üzərimə hücum edərək iki əli ilə boğazımdan tutaraq məni boğmağa cəhd etdi. Qəbələ RİH-nin şöbə müdiri Abdullayevi tutub kənara çəkərək bizi bir-birimizdən ayırdı. Həmin vaxt özümü itirdim, səhhətimdə narahatlıq yarandığı üçün xəstəxanaya getdim”.
Seçilən
19
21
yeniavaz.com

10Mənbələr