Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə amnistiya aktı imzalana bilər.
Axar.az xəbər verirki, bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, ilin sonunda bununla bağlı qərarın verilməsi gözlənilir:
"Hazırda bununla bağlı məlumatlar yayılır. Milli Məclis tərəfindən amnistiya qərarı verilə bilər. 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu Azərbaycanın həyatında böyük bir hadisədir. Bu il həm də Zəfərimizin 5-ci il dönümüdür".
Qeyd edək ki, sonuncu dəfə amnistiya 2021-ci ildə elan edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.