AZ

Xalq artisti: 2 aydan bir ev alıram, hobbimdir

ain.az bildirir, Milli.az portalına istinadən.

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb.

Milli.Az xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib.

Sual qarşısında təəccüblənən pop diva iddianı qismən təsdiqləyərək maraqlı etiraf edib:

"Düz deyir, mənim çox böyük hobbimdir evlər almaq. Özümə görə deyil, oğlum var, onun üçün investisiya kimi düşünürəm", - deyə sənətçi bildirib.

Röya Ayxanının "ev almaq hobbimdir" açıqlaması qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici sənətçinin mülkiyyətə sərmayə qoymasını maraqlı qərar kimi qiymətləndirib, digərləri isə bu qədər tez-tez ev alınmasına təəccüb etdiklərini yazıblar.

Pop ulduzun etirafı şou-biznes gündəminin ən çox danışılan mövzularından birinə çevrilib.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
2
news.milli.az

3Mənbələr