Bakı. Trend:
Azərbaycan uzun illərdir ki, dünya enerji xəritəsində əsasoyunçulardan biri kimi mövqeyini möhkəmləndirib. Ölkə zəngin neftvə qaz yataqlarını əlverişli geosiyasi mövqe ilə birləşdirərəkbeynəlxalq şirkətlər üçün xüsusilə cəlbedici tərəfdaş rolunuoynayır. Bu gün Azərbaycan təkcə hasilat ölkəsi deyil, həm dəneft-qaz sahəsində innovasiyaların tətbiqi, təcrübə mübadiləsi vəqabaqcıl texnologiyaların inkişafı üçün mühüm meydançadır.
Şirkətlər ölkəyə fəal şəkildə sərmayə yatırır və buradauzunmüddətli fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar. Bunanümunə kimi ölkədə artıq 33 ildir fəaliyyət göstərən “bpAzerbaijan” şirkətini göstərmək olar. bp-nin Xəzər regionu üzrəvitse-prezidenti Bə xtiyar Aslanbəyli Bakıda keçirilən III SənayeTəhlükəsizliyi Sammitində çıxışı zamanı hasilatın miqyası vəşirkətin enerji sektoruna töhfələri barədə danışıb.
“Bu illər ərzində Xəzər dənizindəki yataqlardan 4,5 milyardbarrel neft, 257 milyard kubmetr qaz, eləcə də Azəri-Çıraq-Günəşli(AÇG) yatağından 60 milyard kubmetr qaz hasil edilərək dövlətətəhvil verilib. AÇG-də hasil olunan qaz Xəzər dənizində ümumi qazhasilatının təxminən 25 faizini təşkil edir. Bu isə həminyataqların miqyasını və potensialını göstərir”, – deyə B.Aslanbəyli bildirib.
O həmçinin vurğulayıb ki, şirkətin fəaliyyətində əsasprioritetlərdən biri istehsalat proseslərinin təhlükəsizliyinintəmin edilməsi və beynəlxalq standartlara riayət olunmasıdır ki, buda qəzaların yaranma riskini minimuma endirməyə imkan verir.
“Azərbaycandakı fəaliyyətimiz çərçivəsində biz təhlükəsizlik vəinkişaf sahəsində yerli və beynəlxalq tərəfdaşlarımızla birgəçalışaraq ən yüksək qlobal standartların tətbiqini təmin etmişik”,– deyə o əlavə edib.
Bu fikirlər şirkətin ölkənin enerji sektorunun davamlıinkişafına strateji yanaşmasını əks etdirir və göstərir ki, bpregionda infrastrukturun təhlükəsizliyi və etibarlılığını əsasistiqamətlərdən biri kimi prioritet tutmağa davam edir.
Bu nailiyyətlər onu göstərir ki, Azərbaycan enerji resurslarınınhasilatında lider mövqeyini qorumaqla yanaşı, neft-qaz sənayesindəqabaqcıl texnologiyaların tətbiqi və təcrübə mübadiləsininmərkəzinə çevrilməkdədir.
Belə ki, Bakı neft-qaz infrastrukturunda innovasiyalarınmüzakirə olunduğu “Asset Integrity & Corrosion and CoatingsConference” adlı beynəlxalq konfrans üçün meydançaya çevrilib.Tədbir 20-dən çox ölkədən 500-dən çox nümayəndəni, 50 spikeri və25-dən artıq texnoloji şirkəti bir araya gətirib. Konfrans mövcudinfrastrukturun istismar müddətinin uzadılması üçün təcrübəmübadiləsi, qabaqcıl texnologiyaların müzakirəsi və həll yollarınınaxtarışı üçün platforma rolunu oynayıb.
Konfrans çərçivəsində innovasiyalar və texnologiyalar mövzusundamüzakirələri davam etdirən “BP Exploration Caspian Sea Ltd AGT”(Azərbaycan–Gürcüstan–Türkiyə) boru kəməri şəbəkəsininmodernləşdirilməsi üzrə praktik nəticələrini təqdim edib. Layihəçərçivəsində bərpa olunan enerji ilə işləyən ICCP sistemləri, eləcədə dəyişən və sabit cərəyanın təsirinin azaldılmasına yönəlmişkompleks tədbirlər tətbiq edilib.
Bu həllər korroziyanı minimuma endirməyə və obyektlərin istismarsəmərəliliyini artırmağa imkan verir, müasir texnologiyalarınneft-qaz infrastrukturunda tətbiqinin real üstünlüklərini nümayişetdirir.
Konfransda həmçinin bildirilib ki, beynəlxalq və ABŞ şirkətləriAzərbaycana artan maraq göstərirlər. Onlar ölkəni neft-qazsektorunda qabaqcıl texnologiyaların və xidmət həllərinin tətbiqiüçün münasib platforma kimi görürlər.
Avadanlığın texniki vəziyyətinin qiymətləndirilməsinə əsaslananxidmətlər üzrə ixtisaslaşmış Amerika şirkəti IRISS avadanlıqlarınvəziyyətinin monitorinqi və əməliyyat risklərinin azaldılması üzrəxidmətlərini inkişaf etdirmək imkanını cəlbedici hesab edir.Azərbaycanda yerli mütəxəssislərin cəlb olunması ilə ofis açmaqplanları şirkətin regiona olan strateji marağını göstərir: buradainnovativ texnologiyaların tətbiqinə hazır bir bazar vəuzunmüddətli layihələri dəstəkləmək üçün zəruri kadr potensialımövcuddur.
Neft-qaz sənayesində boru kəmərlərinin texniki xidməti, təmirivə izolyasiyası üzrə xidmət və texnologiyalara ixtisaslaşanbeynəlxalq mühəndislik şirkəti “Stats Group” isə xüsusilə bp vəSOCAR-ın fəaliyyətini dəstəkləmək üçün boru kəməriinfrastrukturunun təmiri, texniki xidməti və izolyasiyası sahəsindəböyük potensial görür. Şirkətin iri layihələr üçün alət vəavadanlıq təchizatına fokuslanması, onun Azərbaycanda texnikixidmət üzrə əsas tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Ölkəxidmət ekosisteminin inkişafı və proseslərin optimallaşdırılmasıüçün geniş imkanlar təklif edir ki, bu da uzunmüddətliinvestisiyalar baxımından onu cəlbedici edir.
“SOCAR Midstream Gas Operations” və TANAP müasirtexnologiyaların tətbiqinin real effektini nümayiş etdirir: daşımahəcmlərinin 10–15 faiz artması və infrastrukturun etibarlılığının70 faizdən çox yüksəlməsi. Bu göstəricilər Azərbaycanıninnovasiyalara açıq olduğunu və qabaqcıl nəzarət və monitorinqmetodlarından istifadə etməyə hazır olduğunu göstərir ki, bu dagenişmiqyaslı layihələrin gerçəkləşdirilməsinə maraq göstərənbeynəlxalq şirkətləri cəlb edir.
Avadanlıqların korroziyadan qorunması üzrə ixtisaslaşan Amerikaşirkəti “Zerust Integrity Solutions” Heydər Əliyev adına Neft EmalıZavodu və Səngəçal terminalı daxil olmaqla əsas obyektlərdəavadanlığın istismar müddətini 10 ilə qədər uzatmaq imkanına maraqgöstərir. SOCAR və zavodun törəmə müəssisələri ilə stratejitərəfdaşlıq şirkətə texnologiyaların tətbiq sahəsini genişləndirməkvə bazarda uzunmüddətli iştirakını möhkəmləndirmək üçünperspektivlər açır.
Energetika sahəsində ixtisaslaşan beynəlxalq konsaltinq şirkəti“Velosi Asset Integrity” Azərbaycan şirkətləri ilə konsaltinqəməkdaşlığı imkanlarını araşdırır. Konfranslarda iştirak və yerlibazarın təhlili infrastrukturun idarə olunması və obyektlərintəhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq standartlarıntətbiqi üçün potensialı müəyyənləşdirməyə imkan verir.
Sənayedə texniki nəzarət, audit, sertifikatlaşdırma vəkonsaltinq xidmətləri üzrə ixtisaslaşmış “TUV Rheinland” ilətərəfdaşlıq çərçivəsində ENCOTEC mövcud obyektlərin minimal xərc vəyüksək təhlükəsizlik səviyyəsi ilə işlək vəziyyətdə saxlanmasınafokuslanır. Azərbaycan şirkət üçün beynəlxalq layihələrdə sınaqdankeçirilmiş mühəndislik həllərinin tətbiqinə hazır bir bazar kimimaraqlıdır. Bu isə texnologiyaların yerli şəraitəuyğunlaşdırılmasına, infrastrukturun etibarlılıq və davamlılığınınartırılmasına imkan yaradır.
Ümumilikdə beynəlxalq şirkətlərin Azərbaycana artan marağı birneçə amillərin məcmusu ilə izah olunur: ölkənin strateji mövqeyi,sektorun modernləşməyə və innovasiyaların tətbiqinə hazırlığı,uzunmüddətli fəaliyyət və insan kapitalının inkişafı üçünpotensial, eləcə də beynəlxalq təcrübənin yerli şərtlərəuyğunlaşdırılması imkanı. Azərbaycan bu gün regional platformayaçevrilir və burada beynəlxalq iştirakçılar həm investisiya, həm dəqabaqcıl texnologiyaların tətbiqi üçün real perspektivlər görürlərki, bu da ölkənin energetika sektorunun dayanıqlığını vəeffektivliyini artırır.
Azərbaycan xüsusilə Qarabağ regionunda əhəmiyyətli geotermalpotensiala malikdir və müasir texnologiyaların tətbiqi onun dahasəmərəli inkişafına şərait yaradır. Boru kəmərlərində xüsusitermoizolyasiya örtüklərindən istifadə dərin və yüksək temperaturluquyularda tövsiyə olunur və geotermal obyektlərin qazmaməhsuldarlığının artırılmasına xidmət edir.
Azərbaycan beynəlxalq şirkətlərin diqqətini yüksək potensialamalik və innovativ texnologiyaların tətbiqi üçün geniş imkanlaryaradan enerji sektoru ilə cəlb edir. Regionda fəaliyyət göstərənşirkətlər infrastrukturun modernləşdirilməsinə sərmayə yatırır,mövcudluqlarını genişləndirir və obyektlərin istismarı vəmühafizəsi üzrə müasir metodları tətbiq edirlər. Onların marağıboru kəmərlərinin etibarlılıq və təhlükəsizliyinin artırılması,xidmət proseslərinin optimallaşdırılması, antikorroziya vəmühəndislik həllərinin tətbiqi, eləcə də geotermal layihələrininkişafına yönəlib. Bu yanaşma təbii ehtiyatlardan səmərəliistifadə etməyə, şirkətlərin regiondakı uzunmüddətli stratejimövqelərini möhkəmləndirməyə və Azərbaycanın dayanıqlı inkişafı vətexnoloji liderliyi üçün şərait yaratmağa imkan verir.