ain.az, Moderator.az portalına istinadən məlumat verir.
Qəzzada fırtına və leysan yağışları səbəbindən 12 nəfər həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, ölənlər arasında uşaqlar da var.
Azı 13 ev uçub və son uçqunlar Qəzzanın Əl-Karama və Şeyx Radvan rayonlarında qeydə alınıb.
Həmçinin qaçqın düşərgələri də su altında qalıb. 27 mindən çox çadır su altında qalıb və ya güclü külək səbəbindən uçub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.