AZ

Ulu Öndərin anım günündə Pakistanda talassemiya mərkəzində xeyriyyə tədbiri keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzinin tibb heyəti, pasiyentləri, eləcə də onların ailə üzvləri ilə görüş keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ulu Öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlaqının qorunması və qayğı ilə əhatə olunması sahəsində təməlini qoyduğu dövlət siyasəti barədə məlumat verilib.

Mərkəzə səfirliyin ərzaq paketləri təqdim olunub.

Seçilən
37
azertag.az

1Mənbələr