AZ

“Gənclər təhsil və karyera prioritetinə üstünlük verərək evlilik yaşını gecikdirirlər” Sosioloq

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Cari ilin yanvar-oktyabr aylarında doğum sayının azalması ölkədə əhali strukturu və sosial dinamika ilə bağlı müəyyən meyilləri göstərir”.Bunu sosioloq Sevinc Qasımova Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, əsas səbəblərdən biri iqtisadi vəziyyətdir:“Ailələr gəlir səviyyəsinin aşağı olması və həyat xərclərinin yüksək olması səbəbindən daha az uşaq sahibi olurlar. Sosial dəyişikliklər də doğum sayına təsir göstərir ki, gənclər təhsil və karyera prioritetinə üstünlük verərək evlilik və uşaqlı olma yaşını gecikdirirlər. Urbanizasiya da faktordur, şəhər mühitində həyat daha maliyyətli və streslidir, bu da ailələrin uşaq sayını azaldır. Ailə planlaması vasitələrinin geniş istifadəsi və reproduktiv sağlamlıqla bağlı məlumatın artması da doğum səviyyəsini təsir edən amillərdəndir. Psixoloji və sosial narahatlıqlar, gənclərin gələcəyə inamsızlığı da ailələrin uşaq sayına təsir edə bilər”.Onun sözlərinə görə, doğum sayının artırılması üçün dövlətin dəstəyi vacibdir:“Uşaqlı ailələrə maliyyə yardımı, vergi güzəştləri və uşaq baxımı xərclərinin subsidiyalaşdırılması motivasiyaedici rol oynaya bilər. İş yerlərində vətəndaş dostu şərait və körpə baxımı infrastrukturunun gücləndirilməsi də önəmlidir. Gənclərə ailə planlaması, valideynlik və uşaq hüquqları barədə düzgün məlumat verilməsi maarifləndirmə rolunu oynayır. Kiçik şəhər və kəndlərdə yaşayış və əmək imkanlarının artırılması, gənclərin orada qalmaq istəməsi üçün şərait yaradılması da əhəmiyyətlidir. Əgər bu tədbirlər görülərsə, doğum səviyyəsinin stabilləşdirilməsi və əhali strukturunun tarazlaşdırılması mümkün ola bilər”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
demokrat.az

1Mənbələr