AZ

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın təlim düşərgəsinə zərbələr endirib

İsrail ordusu Livanın cənubunda "Hizbullah" hərəkatının Radvan xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi təlim düşərgəsinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

"Radvan xüsusi təyinatlı qüvvələrinin terrorçulara müxtəlif silahlardan istifadəni öyrətmək üçün istifadə etdiyi təlim düşərgəsinə zərbələr endirilib. Livanın cənubunda bir neçə ərazidə də "Hizbullah"ın əlavə hərbi hədəfləri vurulub", - SAXAL-dan bildirilib.

SAXAL İsrailə hücumlar üçün nəzərdə tutulan düşərgənin mövcudluğunu "atəşkəs razılaşmasının pozulması" kimi qiymətləndirib.

"İsrail dövlətinə qarşı hər hansı bir təhlükəni aradan qaldırmaq üçün hücumlarımız davam edəcək", - deyə İsrail ordusundan məlumat verilib.
Seçilən
21
5
7news.az

6Mənbələr