AZ

İrakli Kobaxidze: “Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir”

Tbilisi, 12 dekabr, AZƏRTAC

“Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, həm siyasi, həm də iqtisadi əlaqələrə aiddir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Aşqabadda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkmənistanda keçirilən forum əməkdaşlığın inkişafı ilə bağlı mövzuları müzakirə etmək üçün fürsət yaradır: “Bu gün Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Burada beş dövlət liderinin hamısı təmsil olunur. Qonşu ölkələrimizin - Azərbaycan və Ermənistanın nümayəndələri də buradadır. Bu istiqamətdə münasibətlərin dərinləşdirilməsi bizim üçün xüsusi prioritetdir. Bu, həm siyasi, həm də iqtisadi əlaqələrə aiddir. Bu format bizə həmkarlarımızla əməkdaşlığın inkişaf etdirilməsi mövzularını müzakirə etməyə imkan verir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
25
azertag.az

1Mənbələr