ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Kupyanska gedib.Bizim.Media xəbər verir ki, bu barədə Zelenski telegram kanalında video paylaşıb.
“Bu gün — Kupyansk istiqaməti. Burada Ukrayna üçün nəticə əldə edən döyüşçülərimizlə görüşdüm. Ruslar Kupyansk barədə çox danışırdılar, amma nəticəni görürük. Bura gəldim və uşaqları təbrik etdim”, — Ukrayna lideri bildirib.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov noyabrın 20-də Xarkov vilayətinin Kupyansk şəhərinin nəzarət altına alındığını açıqlamışdı.
Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.