AZ

Bu iş yerlərində yeni vəzifə təsis ediləcək

İşçi sayı 50 nəfərdən az olan müəssisələrdə əməyin mühafizəsi ilə bağlı yeni vəzifə təsis ediləcək. Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif olunur.

Ölkə.az xəbər verir ki, bununla əlaqədar olaraq Əmək Məcəlləsinin 123.3-cü maddəsinə yeni bənd əlavə edilir:

“Müəssisələrdə və fiziki işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda, əməyin mühafizəsi işinin təşkili — işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə — əməyin mühafizəsi üzrə biliyi olan birinin əmək funksiyasına daxil edilir. Bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilir.”

Əmək Məcəlləsində nəzərdə tutulan dəyişiklik Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Mürtəza

Seçilən
56
15
olke.az

10Mənbələr