AZ

NATO: "Rusiya hərbi gücünün zirvəsinə yaxınlaşır"

NATO-nun  Baş katibi Rutte alyans ölkələrinə xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, Berlin şəhərində keçirilən Münhen Təhlükəsizlik Konfransında çıxış edən  Mark Rutte bildirib ki, Rusiya hərbi gücünün zirvəsinə yaxınlaşır. 

Rutte vurğulayıb ki, Rusiya hər il minlərlə hücum dronu və gəmi tipli raket istehsal edir. 

Rutte bildirib ki, NATO-ya üzv ölkələr hərbi xərclərini təcili olaraq artırmalıdır. O deyib ki, bu ölkələr "hər evə təsir edə biləcək genişmiqyaslı müharibəyə" hazırlaşmalı olacaqlar.

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr