Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Bariatrik cərrah, tibb elmləri doktoru və professor Natalya Bordan insanın nə zaman həkimə müraciət etməli olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə, eləcə də artıq çəkinin ağır nəticələri haqqında lenta.ru-ya danışıb.
Bordanın sözlərinə görə, bədən kütlə indeksi 30-dan yüksəkdirsə, bu artıq piylənmə sayılır və həmin şəxs mütləq həkimə müraciət etməlidir.
“Hətta bundan daha əvvəl bəzi dəyişikliklərə diqqət yetirmək lazımdır: əgər çəki adi göstəricidən 10 faizdən çox artıbsa, nəfəs darlığı, yorğunluq və ya bel ağrıları yaranıbsa - bu, müayinədən keçmək üçün ciddi səbəbdir”, - deyə ekspert bildirib.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.