Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk bölgəsinə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə
O, Ukrayna müdafiəçilərini Quru Qoşunları Günü münasibətilə şəxsən təbrik edib. Dövlət başçısı Ukrayna xalqına müraciətində qeyd edib ki, Kupyansk yaxınlığında Ukrayna əsgərlərinin uğurları ölkənin diplomatik danışıqlar mövqeyini gücləndirir.
Zelenski vurğulayıb ki, Ukraynanın diplomatiyada nəticə əldə edə bilməsi üçün cəbhə xəttində uğur əldə etmək bu gün çox vacibdir.
Qeyd edək ki, Rusiya noyabr ayında Kupyanskı tutduğunu açıqlamışdı, Görünür, Ukrayna tərəfi bu bölgəni geri ala bilib.
Ağarza Elçinoğlu