AZ

MEDİA nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO


Dekabrın 12-də Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual Şura və AZƏRTAC-ın rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gediblər.

MEDİA-dan verilən məlumata görə, onlar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Seçilən
14
22
baki-xeber.com

10Mənbələr