Türkiyəli məşhur futbol şərhçisi və aparıcısı Ertem Şener "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə ilə bağlı yayılan tənqidlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, Şener "Qarabağ"-"Ayaks" matçından sonra sosial şəbəkələrdə Nərimana qarşı sərt reaksiyaların artmasına etiraz edib və onun günahkar kimi göstərilməsinin doğru olmadığını vurğulayıb.
.png)
Şener bildirib ki, komandanın məğlubiyyəti bir futbolçunun üzərinə yüklənə bilməz:
"Dünənki yağışı da Nəriman yağdırıb, tıxaca da o səbəb olub. Nəriman oyuna məğlub olmaq üçün çıxmaq istəməyib. O uşaq qədər kim istəyə bilər qazanmağı?"
Şərhçinin sözlərinə görə, Nəriman tənqidlərdən daha çox özü-özünə əsəbləşir və hal-hazırda vəziyyəti ən ağır şəkildə yaşayan elə futbolçunun özüdür:
"İndi o, göz yaşlarını içinə axıdır. Əsas sual budur: bu uşaq niyə belədir? Sizin əsəbləşməyinizə ehtiyac yoxdur, onsuz da o, özü-özünə dəfələrlə əsəbləşib. Bir az empatiya hissiniz olsun" .
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubuna 2:4 hesabı ilə məğlub olub.
Fidan
Milli.Az