AZ

Türkiyəli məşhur şərhçi Nəriman barədə danışdı: Bu uşaq niyə belədir? VİDEO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyəli məşhur futbol şərhçisi və aparıcısı Ertem Şener "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə ilə bağlı yayılan tənqidlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Şener "Qarabağ"-"Ayaks" matçından sonra sosial şəbəkələrdə Nərimana qarşı sərt reaksiyaların artmasına etiraz edib və onun günahkar kimi göstərilməsinin doğru olmadığını vurğulayıb.

Şener bildirib ki, komandanın məğlubiyyəti bir futbolçunun üzərinə yüklənə bilməz:

"Dünənki yağışı da Nəriman yağdırıb, tıxaca da o səbəb olub. Nəriman oyuna məğlub olmaq üçün çıxmaq istəməyib. O uşaq qədər kim istəyə bilər qazanmağı?"

Şərhçinin sözlərinə görə, Nəriman tənqidlərdən daha çox özü-özünə əsəbləşir və hal-hazırda vəziyyəti ən ağır şəkildə yaşayan elə futbolçunun özüdür:

"İndi o, göz yaşlarını içinə axıdır. Əsas sual budur: bu uşaq niyə belədir? Sizin əsəbləşməyinizə ehtiyac yoxdur, onsuz da o, özü-özünə dəfələrlə əsəbləşib. Bir az empatiya hissiniz olsun" .

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubuna 2:4 hesabı ilə məğlub olub.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
9
news.milli.az

10Mənbələr