AZ

Alman jurnalist Trampı 1930-cu illərdə faşistləri dəstəkləyən amerikalılarla müqayisə edib

Die Zeit müxbiri Tu­mann: Əgər Ruzvelt Hitleri ‘sülh istəyən super adam’ saysaydı, İkinci Dünya müharibəsi başqa cür bitərdi...

Poliqon xəbər verir ki, Almaniyanın Die Zeit nəşrinin Moskva bürosunun rəhbəri Mixael Tumann ABŞ prezidenti Donald Trampın siyasətini 1930-cu illərdə Avropadakı faşist hərəkatlarına simpatiya göstərən amerikalılarla müqayisə edib. Jurnalist “X sosial şəbəkəsində” yazıb ki, ABŞ prezidenti Franklin D. Ruzvelt vaxtilə Adolf Hitleri “sülh istəyən super adam” kimi görsəydi, dünya tarixinin axarı tam başqa cür ola bilərdi.

“Təsəvvür edin ki, 1930-cu illərin sonlarında ABŞ prezidenti Ruzvelt hesab etsəydi ki, Hitler əslində ‘super oğlandır’, sadəcə sülh istəyir və onunla anlaşmaq mümkündür. Həmin vaxt ABŞ-də belə düşünən nüfuzlu şəxslər vardı. Əgər Ruzvelt onlara qulaq assaysaydı, İkinci Dünya müharibəsi başqa nəticə verərdi”, deyı Tumann yazıb.

Jurnalist əlavə edib ki, 1930-cu illərdə ABŞ-də Avropa faşizminə rəğbət bəsləyən güclü siyasi və ictimai hərəkat mövcud idi.

“Onlar sadəcə ABŞ-də seçilməmişdilər. Donald Tramp isə bu gün seçilib və hakimiyyətdəir”, deyə Tumann vurğulayıb.

Şərhçilər Tumannın bu müqayisəsinin ABŞ-dəki hazırkı siyasi atmosfer və Tramp administrasiyasının xarici siyasət kursu ilə bağlı narahatlıqları əks etdirdiyini bildirirlər.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr