Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiram nümayiş etdirib.
XQ