AZ

Bakıda avtobusda DAVA- Sürücü döyüldü

Ajans.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospekti, 32 ünvanında baş verib. İmişli rayon sakini, 2000-ci il təvəllüdlü şəxs səhər saatlarında işə getmək üçün 49 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa əyləşib. Avtobus Babək prospekti, 32 ünvanındakı dayanacaqda dayanıb. Bu vaxt bir neçə sərnişin avtobusun arxa qapısından içəri girmək istəyib. Sürücü onlara qabaq qapıdan girməyi xahiş edib. Bu vaxt avtobusda olan sərnişin sürücünü təhqir edərək, arxa qapını açmağı tələb edib. Sürücü isə ona məhəl qoymayıb və arxa qapını açmayıb. Bundan qəzəblənən sərnişin qabaq qapıya yaxınlaşaraq sürücüdən avtobusdan düşməyi tələb edib. Sürücü isə yerə düşməyib. Sərnişin avtobusa daxil olaraq sürücüyə bir neçə yumruq zərbəsi endirməklə ona xəsarətlər yetirib hadisə yerindən qaçıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının tədbirləri ilə həmin şəxs saxlanılıb.

Nizami Rayon Məhkəməsinin hökmü ilə 1 500 manat cərimə edilib.

Seçilən
48
9
Ajans.az

10Mənbələr