AZ

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 24,603 milyardkilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə243,3 milyon kVt/saat və ya 1% çoxdur.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 23,783milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, buda ötən ilin ilk 11 ayındakı göstərici ilə müqayisədə 232,4 milyonkVt/saat və ya 1% artım deməkdir.

Ümumilikdə Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilinyanvar-noyabr aylarında 3,096 milyard manat dəyərində məhsulistehsal olunub və xidmətlər göstərilib. Su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmişməhsulların həcmi 597,5 milyon manat təşkil edib.

Seçilən
18
7
az.trend.az

9Mənbələr