AZ

Övladlığa uşaq götürənlərə də ödənişli məzuniyyət veriləcək

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Uşaqları övladlığa götürmüş qadınlara da ödənişli məzuniyyət hüquqları veriləcək.

Ölkə.az xəbər verir ki, bu məsələ Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

“1. İki aylığadək uşaqları övladığa götürən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli məzuniyyətdən istifadə etmək hüququna malikdir.

2. Uşağı övladlığa götürən qadınlar bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş və 127-ci madəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətdən istifadə etmək hüququna malikdir”.

Məsələ Milli Məclisin növbəti həftə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
olke.az

2Mənbələr