ain.az, Moderator.az portalına istinadən məlumat verir.
"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.
Moderator.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mərkəz hücumçusu problemi yaşayan "Milan" klubu qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
Təcrübəli forvard axtarışında olan "Milan"ın transfer siyahısında Mauro İkardinin də adı var.
Qeyd edək ki, 32 yaşlı təcrübəli hücumçu İtaliyada daha öncə "Sampdoriya" və "İnter"də çıxış edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.