AZ

Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankara şəhərində baş tutan “Türk SahibkarQadınlarının Gücü Müsabiqəsi”ndə “Azerbaijan Coca-Cola Bottlers”şirkətinin baş direktoru Rəna Məmmədova nüfuzlu mükafata layiqgörülüb.

Müsabiqəni Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), TOBBQadın Sahibkarlar Şurası və Türkiyənin İqtisadi SiyasətAraşdırmaları Fondu (TEPAV) təşkil edir və türkdilli ölkələrdəqadın sahibkarlığı, həmçinin liderliyinin inkişafına töhfə verənşirkətlərin və sahibkar qadınların təltif edilməsini hədəfləyir. Bumüsabiqə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası(AQSİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Kiçik vəOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı iləelan edilib.

Tədbirdə öncə Azərbaycan, Özbəkistan, Qazaxıstan vəQırğızıstanın qadın sahibkarlıq təşkilatlarının rəhbərləri uğurlufəaliyyətlərinə görə Türkdilli Dövlətlər Təşkilatı və TürkiyəPalatalarc və Birjalar Birliyi (TOBB) tərəfindən mükafatlandırılıb.Bu mükafatı Azərbaycanda qadın sahibkarlığını təmsil edən AQSİA-nınİdarə Heyətinin sədri Səkina Babayeva qəbul edib.

“Azerbaijan Coca-Cola Bottlers” şirkəti isə qadınların inkişafıvə məşğulluğunun artırılması sahəsində həyata keçirdiyi uğurlufəaliyyətə görə müsabiqənin “Qadın məşğulluğunda ən çox artımgöstərən şirkət” nominasiyasının qalibi seçilib.

Rəsmi mərasimdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin başdirektoru Rəna Məmmədovaya qadın məşğulluğununartırılması istiqamətində həyata keçirilən davamlı layihələrə görəxüsusi mükafat təqdim edilib. Rəna Məmmədovaya mükafatı TOBB sədriRıfat Hisarcıklıoğlu və Azərbaycan Sahibkarlar Konfederasiyasınınsədri Məmməd Musayev təqdim edib.

Rəna Məmmədova şirkətin bu mükafata layiq görülməsindən özməmnunluğunu bildirib və qadınların inkişafının şirkətinprioritetlərindən olduğunu vurğulayıb:

“Coca-Cola sistemində qadınların inkişafını dəstəkləmək bizimüçün yalnız sosial məsuliyyət deyil, həm də biznesin davamlıinkişafı üçün əsas şərtdir. Azərbaycanda qadın əməkdaşlarımızınistehsaldan tutmuş idarəetməyə qədər bütün sahələrdə daha geniştəmsil olunmasına nail olmaqdan qürur duyuruq. Bu mükafat isəgördüyümüz işin Türk Dünyası səviyyəsində tanınmasıdır” .

Qeyd edək ki, “Azerbaijan Coca-Cola Bottlers” Türkiyəninbeynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkibhissəsi olaraq fəaliyyət göstərir. Anadolu Group-un bir hissəsiolan ‘Coca-Cola İçecek’ (CCİ) 2023-cü ildən bəri ardıcıl olaraq 3ildir ki, qadın və kişi əməkdaşları arasında bərabərliyin təminedilməsində yüksək standartları qoruduğuna görə nüfuzlu beynəlxalq‘Bərabər Əməkhaqqı Sertifikatı’na layiq görülür.

Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illikyubileyini qeyd edir. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cüildə “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb vəo vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy”və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarınınistehsalı və satışı ilə məşğuldur.

Coca-Colanın
Coca-Colanın
Coca-Colanın
Seçilən
12
2
az.trend.az

3Mənbələr