İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "Brenford"un braziliyalı hücumçusu İqor Tiaqo ötən ayın ən yaxşısı seçilib. 24 yaşlı forvard azarkeşlər və ekspertlərin səslərinə əsasən hamını qabaqlayıb.
Qeyd edək ki, İqor Tiaqo noyabr ayında İngiltərə çempionatında meydana çıxdığı 4 matçda 5 qol vurub.