AZ

Naxçıvanda yasda zəhərlənən 23 nəfərin SON DURUMU

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi Babək rayonunun Kültəpə kəndində yas mərasimində keçirilən yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib.Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova sözügedən şəxslərin son vəziyyəti ilə bağlı açıqlama verib.“Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və uzun müddət müşahidə altında saxlanılıb.Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda yerləşdirdiyimiz xəstə yoxdur”, - həkim-infektsionist deyib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
bizim.media

10Mənbələr