AZ

Astarada itkin düşən balıqçılar TAPILDILAR - FOTO

Astarada dənizdə itkin düşən 30 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənovun axtarışları yekunlaşıb.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, balıqçılar İran sahillərində yük gəmisi tərəfindən sağ tapılıblar.

Xatırladaq ki, dekabrın 9-da Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında 3 nəfər heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində bu gün saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Neftçala rayon sakinləri - 1990-ci il təvəllüdlü Cəlal Məhərrəm oğlu Səmədov, 1997-ci il təvəllüdlü Sənan Elçin oğlu Babayev və 1980-ci il təvəllüdlü Kənan Rafiq oğlu Fətullayev sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıblar.

Qeyd edək ki, dekabrın 9-da Astarada balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun tapılması üçün helikopter cəlb edilmişdi.


Seçilən
25
5
paralel.az

10Mənbələr