ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsinin diapazonunu 0,25 faiz bəndi azaldaraq 3,5–3,75% aralığına endirib. Bu qərar təkcə onların iqtisadiyyatı üçün deyil, həm də dünya maliyyə bazarları, xüsusən də dolların gələcək dəyəri baxımından mühüm siqnaldır.
FED-in faiz qərarı dollara necə təsir edəcək? Manata təzyiq artacaq, yoxsa stabillik qorunacaq?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli danışıb. O deyib ki, sözügedən qərar dolların müəyyən ucuzlaşmasına səbəb olacaq:
“Bu isə həm ABŞ-da istehsal, həm də idxal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq. Dolların ucuzlaşması qiymətli metallara tələbi yüksəldə və nəticədə qızılın qiymətinin artmasına şərait yarada bilər. İnvestorlar daha sabit alətlər kimi qızıla və digər qiymətli metallara yönəlməyə meyilli olacaqlar”.
Eyyub Kərimli